“Paşinyanın yerinə olsaydım, özümü güllələyərdim” - Sarkisyan

  07 İyun 2021    Oxunub :632
 “Paşinyanın yerinə olsaydım, özümü güllələyərdim” -  Sarkisyan
Nikol Paşinyanın yerinə olsaydım, özümü güllələyərdim.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Cermukda seçicilərlə görüşündə əsgər ölümləri ilə bağlı danışarkən deyib.
"Müharibə mənim üçün ən çox nifrət edilən şeydir. Mən heç vaxt nəinki müharibəni, hətta hərbi əməliyyatları da istəmirdim. Ancaq kim ki, hərbi əməliyyatlardan qorxur... bu cür nəticələrə gətirib çıxarır", - deyə birinci Qarabağ müharibəsində əli günahsız azərbaycanlıların qanına bulaşmış Sarkisyan bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın azca ləyaqəti olsaydı, intihar etməli idi.

"And içirəm, əgər mən ali baş komandan olsaydım və belə bir vəziyyət yaransaydı, sadəcə özümü vurardım. Belə həyat kimə lazımdır?", - sabiq prezident deyib.

O, Paşinyanın 5 min hərbçinin, eyni zamanda koronavirus səbəbiylə 5 min insanın həyatına görə məsuliyyət daşıdığını söyləyib.

Xatırladaq ki, Sarkisyanın Respublika partiyası Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın "Vətəni" partiyası ilə birlikdə "Şərəfim var" blokunda seçkilərə gedir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SerjSarkisyan   Paşinyan  






Xəbər lenti