Finlandiya, Norveç və İsveç birgə təlimlərə başladı

Finlandiya, Norveç və İsveç birgə təlimlərə başladı
  07 İyun 2021    Oxunub:1147
Bu gün Finlandiya, Norveç və İsveç hava qüvvələri “Arctic Challenge Exercise” beynəlxalq hərbi təliminin açılışını ediblər.
Azvision.az xəbər verir ki, barədə Finlandiya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İki həftə ərzində üç ölkənin hava məkanında keçiriləcək manevrlərdə 70-dən çox təyyarə iştirak edəcək. Təlimə çox məqsədli qırıcılarla yanaşı, yük təyyarələri və yanacaq doldurma təyyarləri də cəlb edilib.

Norveç Hərbi Hava Qüvvələrinə daxil olan F-35 qırıcıları ilk dəfə olaraq manevrlərdə iştirak edəcək. Finlandiyadan təlimlərə 12 F/A-18 “Hornet” qırıcısı və bir sıra digər təyyarələr qatılacaq.

Bundan əlavə, təlimlərdə Niderland, Böyük Britaniya, Almaniya, Danimarka, ABŞ və NATO-nun “E-3A AWACS” təyyarələri iştirak edir. Təlimin vəzifəsi hava məkanında birgə hərəkətlər etməkdir.

Finlandiya Hərbi Hava Qüvvələrinin açıqlamasında qeyd edilib ki, pandemiya səbəbindən bu il təlimlərdə iştirak edənlərin sayı nisbətən azaldılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hərbitəlim  





Xəbər lenti