Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi
  07 İyun 2021    Oxunub:737
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistana qatar qəzası ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində paylaşım edilib.

“Qotki bölgəsindəki faciəli qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həyatını itirən 30 sərnişinin ailələrinə başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını diləyirik. Düşüncələrimiz və dualarımız bu anda qardaş Pakistanın yanındadır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan  





Xəbər lenti