Rusiya Açıq Səma Müqaviləsindən rəsmən imtina etdi

 Rusiya Açıq Səma Müqaviləsindən rəsmən imtina etdi
  07 İyun 2021    Oxunub:700
Rusiya Prezidenti Vladimir Putin Açıq Səma müqaviləsinin denonsasiya edilməsi haqqında qanunu imzalayıb.
Azvision.az xəbər verir ki, müvafiq sənəd rəsmi hüquq-informasiya portalında yayımlanıb.

Açıq Səma Müqaviləsi "soyuq müharibədən" sonra Avropada etimad yaratma tədbirlərindən biri olub. Müqavilə 24 mart 1992-ci ildə Helsinki şəhərində imzalanıb, 26 may 2001-ci ildə Rusiya tərəfindən təsdiq edilib.

2020-ci ilin sonunda 33 dövlət bu müqavilənin tərəfdaşı olub. 2020-ci ilin mayında ABŞ 22 noyabrda sona çatan razılaşmadan çıxmaq proseduruna başlayıb. Bu qərara cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi 15 yanvar tarixində müqavilədən çıxmaq üçün daxili prosedurlara başladığını açıqlayıb. Putin Dövlət Dumasına müqaviləni denonsasiya edilməsi barədə qanun layihəsi təqdim edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  





Xəbər lenti