İraq kəşfiyyatının polkovniki qətlə yetirilib

İraq kəşfiyyatının polkovniki qətlə yetirilib
  07 İyun 2021    Oxunub:971
Bağdadın şərqində İraq kəşfiyyatının polkovniki naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Azvision.az xəbər verir ki, bu barədə “Əl-Sumaria” kanalı məlumat yayıb.

"Naməlum silahlı şəxslər paytaxt Bağdadın şərqində, əl-Bələdiyyət bölgəsindəki kəşfiyyat idarəsinin polkovnikinə atəş açıblar. Nəticədə o hadisə yerində keçinib", - məlumatda bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qətl  





Xəbər lenti