Füzuli və Cəbrayılda erməni cəsədləri axtarılır

 Füzuli və Cəbrayılda erməni cəsədləri axtarılır
  07 İyun 2021    Oxunub:916
Qarabağda ölən və itkin düşən erməni hərbçilərin qalıqlarının axtarışı iki istiqamətdə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Ölən və itkin düşən hərbçilərin qalıqlarının axtarışı bu gün Füzuli və Cəbrayıl istiqamətində aparılır. Axtarışda bir xilasetmə qrupu iştirak edir", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1558 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti