Ceff Bezos qardaşı ilə birlikdə kosmosa uçacaq

Ceff Bezos qardaşı ilə birlikdə kosmosa uçacaq
  07 İyun 2021    Oxunub:1331
ABŞ-ın “Amazon” korporasiyasının rəhbəri Ceff Bezos özünə məxsus “Blue Origin” şirkətinin “New Shepard” gəmisilə kosmosa uçacaq.
Azvision.az xəbər verir ki, bu barədə milyarder "Instagram" hesabında bildirib.

Bezos uçuşun iyulun 20-də kiçik qardaşı Mark Bezos ilə birlikdə həyata keçiriləcəyini söyləyib.

“Beş yaşımdan bəri kosmosa səyahət etmək arzusunda idim. İyulun 20-də qardaşımla səyahətə çıxıram. Ən yaxşı dostumla birlikdə ən böyük macəra!”, - milyader əlavə edib.

Qeyd edək ki, Bezosun varidatı 187 milyard dollar təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CefBezos   Kosmos   Uçuş  





Xəbər lenti