8 aydan sonra nəşi tapılan şəhidimiz dəfn olundu - FOTO

8 aydan sonra nəşi tapılan şəhidimiz dəfn olundu -  FOTO
  07 İyun 2021    Oxunub:1149
Vətən müharibəsində Murovdağ istiqamətində şəhid olmuş hərbçimiz Əkbər Məsimov dəfn olunub.
Azvision.az xəbər verir ki, 8 aydan sonra nəşi tapılan şəhid hərbçi Ağdaş rayonunun Qaradeyin kəndində son mənzilə yol salınıb.

Şəhidin dəfn mərasimində ailə üzvləri, yaxınları, hərbçi yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin, rayon icra hakimiyyətinin rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin tabutuna bükülən üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim olunub.



Qeyd edək ki, Məsimov Əkbər Yunis oğlu 1994-cü il oktyabrın 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda 4 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. O, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə həyata keçirilən intensiv əməliyyat-istintaq hərəkətləri nəticəsində Əkbər Məsimovun nəşi tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az


Teqlər: Şəhid   Dəfn  





Xəbər lenti