Türkiyədə zəlzələ təşvişə səbəb oldu

Türkiyədə zəlzələ təşvişə səbəb oldu
  07 İyun 2021    Oxunub:536
Egey dənizində 4,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Türkiyə vaxtı ilə saat 19:00-da qeydə alınıb. Dağıntı və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti