BMT Baş Assambleyasına yeni sədr seçildi

BMT Baş Assambleyasına yeni sədr seçildi
  07 İyun 2021    Oxunub:766
Maldivin xarici işlər naziri Abdulla Şahid BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilib.
Azvision.az xəbər verir ki, o, sədrlik vəzifəsində Volkan Bozkırı əvəzləyəcək.

Məlumata görə, A.Şahidin rəqibi Əfqanıstanın XİN rəhbəri Zalmai Rasul olub. Seçkilərdə A.Şahid 143 ölkənin dəstəyini alıb, onun rəqibi Z.Rasul isə 48 səs toplayıb.

Qeyd edək ki, A.Şahid sentyabrın 14-də yeni postunu Volkan Bozkırdan təhvil alacaq, 2022-ci ilin sentyabrına qədər bu vəzifəni icra edəcək.

Azvision.az


Teqlər: BMT  





Xəbər lenti