Bakıya 4 yeni metro qatarı gətiriləcək

Bakıya 4 yeni metro qatarı gətiriləcək
  07 İyun 2021    Oxunub:848
“Bakı Metropoliteni”nin sifarişi ilə Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində hazırda 4 qatarın (20 vaqon) istehsalı davam edir.
Azvision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, qatarlar Bakıya gətirildikdən sonra sazlama, tənzimləmə işləri aparılacaq və xəttə buraxılacaq.

Azvision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti