Hindistanda virusa yoluxma sayı 29 milyona çatır

Hindistanda virusa yoluxma sayı 29 milyona çatır
  08 İyun 2021    Oxunub:715
Hindistanda koronavirusa yoluxanların sayı 29 milyona yaxınlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Hindistanda pandemiyanın başladığı keçən ilin martından bəri 28, 99 milyon insanda koronavirus aşkar edilib, onlardan 27,3 milyondan çoxu sağalıb. Ölənlərin sayı 351 mini ötüb. Hazırda 1,3 milyon nəfər müalicəsini davam etdirir, son 61 gündə ilk dəfə olaraq yoluxma sayı 100 mindən az – 86, 4 min nəfər təşkil edib.

Həkimlərin sözlərinə görə, son on iki gün ərzində Hindistanda koronavirus xəstələrinin sayı gündəlik 200 mini keçmir, bu da ikinci koronavirus dalğasında azalma olduğunu göstərir.

Koronavirus xəstələrinin sayında ikinci artım Hindistanda bu ilin fevralında başlayıb. 21 aprel - 17 may tarixlərində sutkalıq yoluxma 300 mini ötüb. Pandemiyanın ikinci dalğası zamanı koronavirus müalicəsi alanların maksimum sayı 3,7 milyondan çox idi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti