“Metsamor AES qlobal təhlükədir” - Nazirlik rəsmisi
“Metsamor” Atom Elektrik Stansiyası 1976-ci ildən fəaliyyət göstərir. Orada iki istiqamətdə təhdidlər var: Birincisi köhnə texnologiyalarla idarə olunur, ikincisi həmin ərazinin aktiv seysmik zonada yerləşməsidir. Bu obyektlər regional və qlobal təhlükə yaradır. AES-dən 16 km aralıda Türkiyə, 60 km aralıda İran, 120 km aralıda Gürcüstan və Azərbaycan yerləşir.
Bu məsafə atom elektrik stansiyasının təsirləri baxımından çox azdır. Bununla bağlı biz və region ölkələri beynəlxalq müstəvidə səsimizi qaldırırıq. Avropa Komissiyası və digər beynəlxalq təşkilatlar bildirir ki, "Metsamor"un fəaliyyətinin dayandırılması birinci prioritetidir".
R. Səttarzadə əlavə edib ki, Ermənistan bütün müraciətlərə susur, beynəlxalq davranış normaları və təhlükəsizlik baxımından özünü qeyri-ciddi aparır.
Aytən Zəhra
Azvision.az