Texasda mina xəritələrinə görə etiraz aksiyası keçirildi
Azərbaycanlı icmasının nümayəndələri şəhərdə etiraz yürüşü də keçiriblər. Sonra mərkəzi parklardan birində, şəhid olmuş jurnalistlərin xatirəsinə, yaradılan guşəyə qərənfillər düzüblər. Samir Novruzov bildirib ki, aksiyalar zamanı Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi kəskin şəkildə pislənilib. Bildirilib ki, bu, azad edilmiş torpaqlarımızda və regionda sülhün və normal həyatın bərpa edilməsinə maneədir. Soydaşlarımız dünya ictimaiyyətini və nüfuzlu media təşkilatlarını Ermənistanın beynəlxalq konvensiyaları pozmasına göz yümmamağa, bu problemin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.
Azvision.az