BMT əvvəlki iş rejiminə qayıdır

BMT əvvəlki iş rejiminə qayıdır
  08 İyun 2021    Oxunub:690
BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahının əməkdaşları iyulun 6-dan etibarən tədricən əyani iş rejiminə qayıtmağa başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin qurumun əməkdaşlarına göndərdiyi məktubunda deyilir.

Qeyd edilib ki, sanitar məhdudiyyətlərin aradan qaldırılması, son aylar ərzində şəhərdə koronavirusa yoluxma hallarının azalması fonunda belə qərar verilib.

Quterreş, həmçinin bildirib ki, iyulun 6-dan bəri BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahı əyani iş rejiminə keçmək üçün bütün tələblərə cavab verəcək:

“Bu, o deməkdir ki, 2020-ci ilin martında təsdiq edilmiş alternativ iş cədvəlinə uyğun olaraq, həftədə 5 gün məsafədən işləyən heyət 2021-ci il iyulun 6-dan tədricən iş yerlərinə qayıda biləcək".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: BMT  





Xəbər lenti