AQTA restoranlara xəbərdarlıq etdi

AQTA restoranlara xəbərdarlıq etdi
  08 İyun 2021    Oxunub:1016
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, son günlər sosial şəbəkələrdə və müxtəlif media orqanlarında ictimai iaşə müəssisələrinin qapalı və açıq məkanlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı elanlar verilməkdədir və paralel olaraq Agentlik müfəttişləri tərəfindən bu cür qanunsuz tədbirlərin keçirilməsi faktları aşkarlanır.

Agentlik bir daha bəyan edir ki, pandemiya dövrünün tələblərini pozaraq, koronavirusun yayılmasına rəvac verən, eyni zamanda vətəndaşların sağlamlığını təhlükəyə atmaqla keçirilən bu cür qanunazidd tədbirlərin təşkili yolverilməzdir və bununla bağlı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti