General Xaçaturov Qarabağ məğlubiyyətinin səbəbini açıqladı
"Ordu tam döyüş hazırlığına gətirilsəydi, bütün mövqeləri və xətləri tutsaydı, kazarmalarda adam olmazdı, parklarda texnika dayanmazdı, hər şey fərqli olardı", - Xaçaturov bildirib.
Onun sözlərinə görə, Lələtəpə hündürlüyü istiqamətində zəif hazırlanmış əks hücum səhv idi. Xaçaturov növbəti yanlış addımın birinci ordu korpusunun döyüş əməliyyatlarının ilk günlərində iştirakı olduğunu söyləyib. O hesab edir ki, bu korpus ehtiyatda qalmalı idi.
Bundan əlavə, Xaçaturov Ermənistanın hazırkı rəhbərliyinin müharibənin nəticələrinin əvvəlcədən müəyyənləşdirildiyi barədə fikirləri ilə razılaşmır. General-polkovnikə görə, hətta son üç ildə zəifləmiş Ermənistan ordusu ya qalib gələ, ya da heç olmasa düşmənin irəliləməsini dayandıra bilərdi.
O, 90-cı illərin əvvəllərində, ilk Qarabağ müharibəsində orduda ümumiyyətlə heç bir şey olmadığını xatırladıb: "Kazarmalar, təlim meydançaları, silah və sursatlar yox idi. Bütün bunlar müharibədən sonrakı illərdə yaradıldı. 90-cı illərin sonundan bəri o qədər vasitələr gətirildi ki, ikinci müharibə üçün kifayət etdi və hətta artıq da qaldı".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DağlıqQarabağ Müharibə