Qırğızıstan Azərbaycana yeni səfir göndərir

 Qırğızıstan Azərbaycana yeni səfir göndərir
  08 İyun 2021    Oxunub:1025
Qırğızıstan parlamenti-Joqorku Keneşin Beynəlxalq əməkdaşlıq, müdafiə və təhlükəsizlik komitəsi Kayrat Osmanaliyevin Azərbaycana səfir təyin olunmasını təsdiqləyib.
Azvision.az xəbər verir ki, Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın üzvüdür.

Bundan sonra Qırğızıstan Prezidenti Sadır Japarov bu təyinatı təsdiqləməlidir.

Qeyd edək ki, Kayrat Osmanaliyev Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru olub.

Azvision.az



Teqlər: Qırğızıstan   Səfir  





Xəbər lenti