Füzulidə üç erməni hərbçinin meyiti tapıldı

 Füzulidə üç erməni hərbçinin meyiti tapıldı
  08 İyun 2021    Oxunub:765
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha üç erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Füzuli rayonu ərazisində aşkarlanıb.

Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1563 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Füzuli   Erməni   Hərbçi   Meyit  





Xəbər lenti