Qazaxıstandakı səfirimizin səlahiyyət müddəti başa çatdı

Qazaxıstandakı səfirimizin səlahiyyət müddəti başa çatdı
  08 İyun 2021    Oxunub:1019
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar senat sədri Məulen Əşimbayev ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüş zamanı M.Əşimbayev Qazaxıstan ilə Azərbaycan xalqları arasında dostluq əlaqələrinin inkişafına verdiyi mühüm töhfələrinə görə diplomata təşəkkür edib.

Senat başçısı iki ölkə arasında mövcud münasibətlərin müstəqillik əldə edildikdən sonra yeni mərhələyə qədəm qoyduğunu, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Bundan əlavə, ölkələr arasındakı əlaqələrin bir istiqamətinin də parlamentlərarası əməkdaşlıq olduğu diqqətə çatdırılıb, ATƏT PA, TÜRKPA kimi bir sıra beynəlxalq təşkilatlar çərçivəsində səmərəli şəkildə həyata keçirildiyi qeyd olunub.

Azvision.az


Teqlər: Qazaxııstan   Səfir  





Xəbər lenti