Türkiyədə COVID-19-dan ölüm sayı azaldı

Türkiyədə COVID-19-dan ölüm sayı azaldı
  08 İyun 2021    Oxunub:701
Türkiyədə son sutka ərzində 86 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 6609 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 300 min 236, pandemiya qurbanlarının sayı isə 48 min 341 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 173 min 186 pasiyent (son sutkada 5836 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti