Bayden-Putin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq

Bayden-Putin görüşünü 500-dən çox jurnalist işıqlandıracaq
  08 İyun 2021    Oxunub:814
ABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist qeydiyyatdan keçib.
Azvision.az xəbər verir ki, bu barədə İsveçrənin BMT-nin mənzil-qərargahındakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, indiyədək 500-600 jurnalist akkreditasiya olunub, hazırda yeni müraciətlərə baxılır. KİV nümayəndələrinin qeydiyyatı iyunun 11-dək davam edəcək.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək.

Azvision.az


Teqlər: Bayden   Putin  





Xəbər lenti