ABŞ-da peyvənd olunanlara narkotik veriləcək

ABŞ-da peyvənd olunanlara narkotik veriləcək
  09 İyun 2021    Oxunub:888
ABŞ-ın Vaşinqton ştatının spirtli içkilər və narkotik vasitələr üzrə satış şurası lisenziya ilə marixuana satan mağazalarda yaradılacaq xüsusi otaqlarda koronavirusa qarşı peyvənd edilən insanların narkotik vasitə almasına icazə verəcək.
Azvision.az xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.

Bundan əvvəl, həmin şura 21 yaşdan yuxarı peyvənd olunan insanlara pulsuz kokteyl, şərab və ya pivə verilməsi barədə qərar qəbul edib.

Məlumata görə, artıq şuraya lisenziya ilə narkotik vasitə satan şəxslərdən müraciətlər daxil olub.

Azvision.az


Teqlər: ABŞ   Narkotik  





Xəbər lenti