Koronavirusa yoluxanların sayı 175 milyona çatır

Koronavirusa yoluxanların sayı 175 milyona çatır
  09 İyun 2021    Oxunub:598
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 174 milyon 749 min 69 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 762 min 883 nəfərdir. İndiyədək 158 milyon 161 min 346 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 242 866 nəfər virusa yoluxub, 613 052 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 28 089 069 nəfərdə virus aşkar edilib. Xəstələrdən 353 557 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 17 038 260 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 477 307 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 719 937 yoluxma, 110 137 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 300 236 nəfər virusa yoluxub ki, onlardan 48 341-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti