Makron sillələnməsindən danışdı

Makron sillələnməsindən danışdı
  09 İyun 2021    Oxunub:955
Fransa prezidenti Emmanuel Makron Drom rayonunda sakinlərlə söhbət zamanı vətəndaşlardan birinin onu sillələməsinə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, bu barədə o, regional “Le Dauphine” saytına açıqlama verib.

Makron hadisəni şişirtmənin tərəfdarı olmadığını söyləyib.

"Gəlin, bu hadisəni şişirtməyək. Bu, diqqəti əksəriyyəti narahat edən digər problemlərdən yayındırmamalıdır", - Makron əlavə edib.

Qeyd edək ki, ötən gün Makron Drom rayonuna səfəri zamanı onu gözləyən insanlarla salamlaşmağa başlayıb. Bu zaman bir nəfər onu sillələyib.

Mövzu:

Makronu şillələdilər

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EmmanuelMakron  





Xəbər lenti