“Elə fakt açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək” - Sarkisyan Nikolu ailəsi ilə şantaj edir
Azvision.az xəbər verir ki, eks-prezident tərəfdarları ilə görüşü zamanı Paşinyana vaxt verdiyini bildirib və onun barəsində təhqiramiz ifadələr işlədib.
Qeyd edək ki, Ermənistanda seçkiöncəsi siyasi gərginlik pik həddə çatıb. Ölkənin hazırki və keçmiş liderləri bir-birilərinə ağır ittihamlar irəli sürürlər. Belə ki, bu yaxınlarda Nikol Paşinyan keçmiş ölkə başçısı Serj Sarkisyanın qumarbaz olduğunu açıqlayıb. O, Sarkisyanın "Monte Karlo" kazinosunda milyonlarla dollar uduzmasını ictimaiyyətin diqqətinə çatdırıb.
Tural Tağıyev
Azvision.az