Əfqanıstanda “HALO Trust”ın 10 işçisi öldürülüb

Əfqanıstanda “HALO Trust”ın 10 işçisi öldürülüb
  09 İyun 2021    Oxunub:614
Əfqanıstanda maskalı şəxslər minaların təmizlənməsi ilə məşğul olan Britaniya-Amerika qeyri-kommersiya təşkilatı “HALO Trust”ın işçilərinə hücum edib.
Azvision.az xəbər verir ki, bu barədə yerli “1TV” kanalı məlumat yayıb.

Hadisə nəticəsində təşkilatın 10 işçisi öldürülüb, daha 14 nəfər isə yaralanıb.

Rəsmilər hücumu “Taliban” radikal qruplaşmasının yaraqlılarının həyata keçirdiyini bildiriblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Hücum  





Xəbər lenti