Ermənistanda iki yüksək rütbəli zabit işdən çıxarıldı

Ermənistanda iki yüksək rütbəli zabit işdən çıxarıldı
  09 İyun 2021    Oxunub:878
Ermənistan ordusunun iki hərbi hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, onlar barəsində xidməti araşdırma başlanılıb.

"Hərbi hissə komandirləri polkovniklər A.Tadevosyan və A.Qevorqyan barəsində istintaq aparılır. Onlar vəzifələrindən kənarlaşdırılıblar", - deyə məlumatda vurğulanıb.

Nazirlik onların işdən çıxarılma səbəblərini açıqlamayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti