Ermənistan XİN-də xaos hökm sürür

Ermənistan XİN-də xaos hökm sürür
  09 İyun 2021    Oxunub:964
Ermənistanın Xarici İşlər Nazirliyində xaos hökm sürür.
Azvision.az xəbər verir ki, bu barədə “İravunk” nəşri yazıb.

Məlumata görə, xarici işlər naziri vəzifəsindən istefa verən Ara Ayvazyan bu günlərdə İrəvan kafelərində nazirliyin əməkdaşları ilə aktiv görüşlər keçirir.

“Problem ondadır ki, xarici işlər naziri və nazir müavinlərinin istefasından sonra qurumda xaos hökm sürür və əməkdaşlar Ayvazyan vasitəsilə bəzi məsələləri həll etməyə çalışırlar. Xarici işlər nazirinin üç müavini - Avet Adonts, Artak Apitonyan və Qaqik Qalaçyan vəzifələrindən rəsmi olaraq azad edildikdən sonra nazirlikdə xaosun daha da dərinləşəcəyinə şübhə yoxdur”.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan mayın 27-də istefa verib. Onun ardınca nazir müavinləri və XİN-in mətbuat katibi Anna Naqdalyan da vəzifələrini tərk ediblər.

Oxşar xəbər:

Ermənistan XİN başsız qaldı: bütün müavinlər istefa verdi

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   XIn   Xaos  





Xəbər lenti