Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb - Ölənlər var

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb -  Ölənlər var
  09 İyun 2021    Oxunub:814
Əfqanıstanın Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə “TOLO News” məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində üç əsgər həlak olub, bir nəfər yaralanıb.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, Mi-17 helikopteri Əfqanıstanın mərkəzindəki Vardak əyalətinin Caqatu bölgəsində qəzaya uğrayıb. "Taliban" radikal hərəkatı helikopterin düşməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti