Rusiyada erməni iki vəzifəli şəxsi qətlə yetirdi

Rusiyada erməni iki vəzifəli şəxsi qətlə yetirdi
  09 İyun 2021    Oxunub:847
Rusiyanın Adler rayonunda iki icra məmuru güllələnib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı və Telegram kanalları məlumat yayıb.

Qeyd edilib ki, öldürülən icra məmurları etnik ermənilər olan 35 yaşlı Andronik Makivasyan və 36 yaşlı Albert Azyazyandır. Onlar evdən çıxarılması barədə məhkəmə qərarı ilə bir şəxsin yanına gediblər. Məhkəmə qərarına əsasən, evin sökülməsi nəzərdə tutulub. Lakin həmin şəxs bundan qəzəblənərək icra məmurlarını odlu silahla qətlə yetirib.

Məlumata görə, qətli törədən şəxs erməni əsilli 61 yaşlı Vardan Koçiyandır. Hadisə zamanı üçüncü məhkəmə icraçısı xəsarət almayıb.

Cinayətkar artıq polis bölməsinə aparılıb. Faktla əlaqədar araşdırma gedir.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti