Əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib

Əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib
  09 İyun 2021    Oxunub:833
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxsləri 500-ə yaxın təkərli oturacaqla təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, həmin kateqoriyadan olan şəxslərə, həmçinin 544 aşağı və yuxarı ətraf, süd vəzi protezi, 473 aşağı və yuxarı ətraf ortezi, 5812 müxtəlif reabilitasiya vasitəsi, 59 bel və boyun nahiyəsi üçün korset verilib. Eləcə də, 643 cüt protez ayaqqabı, 1042 cüt ortopedik ayaqqabı, 1061 qoltuqaltı və dirsəkaltı ağac, 1016 ədəd əsa və s. təqdim olunub.

Ümumilikdə son beş ayda 4919 nəfər əlilliyi olan şəxs (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan 771 şəxs) 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edilib.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti