Rusiya və Türkiyə Qarabağdakı mərkəzin işini yüksək qiymətləndirir

 Rusiya və Türkiyə Qarabağdakı mərkəzin işini yüksək qiymətləndirir
  09 İyun 2021    Oxunub:1181
Rusiya və Türkiyə Qarabağda Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin fəaliyyətini yüksək qiymətləndiriblər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, iyunun 8-də Moskvada Rusiya-Türkiyə XİN-lərarası məsləhətləşmələr keçirilib. Müzakirədə Türkiyə tərəfdən xarici işlər nazirinin Sedat Önal, Rusiya tərəfdən xarici işlər nazirinin müavinləri Sergey Varşanin, Aleksandr Qruşko və Andrey Rudenko iştirak ediblər.

“Qarabağda Atəşkəsə Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzin fəaliyyəti yüksək dəyərləndirilib. Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzərində işin davam etdirilməsi razılaşdırılıb”, - deyə Rusiya XİN-in məlumatında bildirilib.

Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da işə başlayıb. Mərkəz Ağdam rayonunda fəaliyyət göstərir.

Azvision.az


Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti