Koronavirusa yoluxanların sayı 175 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 175 milyonu keçdi
  10 İyun 2021    Oxunub:749
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 175 milyon 181 min 16 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 777 min 167 nəfərdir. İndiyədək 158 milyon 698 min 660 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 264 727 nəfər virusa yoluxub, 613 494 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 28 183 121 nəfərdə virus aşkar edilib. Xəstələrdən 359 695 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 17 125 357 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 479 791 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 725 492 yoluxma, 110 202 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 306 690 nəfər virusa yoluxub ki, onlardan 48 428-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti