Müxalifət Paşinyanı dəlixanaya salmaq istəyir

 Müxalifət Paşinyanı dəlixanaya salmaq istəyir
  10 İyun 2021    Oxunub:721
"Dirçələn Ermənistan" partiyasının sədri, Sünik (Zəngəzur red.) bölgəsinin keçmiş qubernatoru Vahe Akopyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı hədələyib.
Azvision.az xəbər verir ki, o Robert Koçaryanın seçki kampaniyasında çıxışı zamanı Paşinyanın ünvanına təhqiramiz fikirlər səsləndirib.

“Nikol Paşinyanı alkoqolizmdən və psixoloji problemlərdən müalicə edəcəyimə və sonra da onu birnəfərlik kameraya yerləşdirəcəyimə söz verirəm”, -deyə keçmiş qubernator bildirib.

Xatırladaq ki, ötən ay Ermənistanın sabiq prezidenti Robert Koçaryan, "Daşnaksütyun" və "Dirçələn Ermənistan" partiyalarının rəhbərləri seçkiqabağı blokun yaradılması ilə bağlı memorandum imzalayıblar. Siyasi bloka "Ermənistan" adı verilib. Nikol Paşinyana qarşı birləşən qüvvələr iyun ayında keçiriləcək parlament seçkilərində iştirak edəcəklər və bloka Koçaryan rəhbərlik edir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koçaryan   Paşinyan  





Xəbər lenti