Rusiya daha 8 ölkə ilə uçuşları bərpa edir

Rusiya daha 8 ölkə ilə uçuşları bərpa edir
  10 İyun 2021    Oxunub:1233
İyunun 10-dan etibarən Rusiya bir sıra ölkələrlə keçən il koronavirus infeksiyasına görə dayandırılmış uçuşları bərpa edir.
Azvision.az bu barədə “TASS”a istinadla xəbər verir.

Məlumata görə, indi Rusiya daşıyıcıları Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavriki, Mərakeş, Xorvatiyaya birbaşa müntəzəm uçuşlar həyata keçirə biləcəklər. Albaniya ilə çarter uçuşları da mümkündür. Qərar koronavirus infeksiyası ilə mübarizə üzrə operativ qərargah tərəfindən verilib.

Demək olar ki, bütün marşrutlarda Moskva ilə başqa ölkələrin paytaxtları arasında uçuşlar üçün kvota mövcuddur. Belə ki, həftədə iki uçuş nəzərdə tutulur.

Həftədə bir uçuş kvotası Moskva - Lüksemburq, Moskva - Beyrut və Moskva - Tirana marşrutları üçün etibarlı olacaq. Bu anda heç bir Rusiya aviaşirkəti yeni istiqamətlərə müntəzəm birbaşa uçuşlara başlamağı planlaşdırmır.

Artıq Rusiyadan Azərbaycana, Ermənistan, Belarus, Hindistan, İslandiya, Qazaxıstan, Meksika, Portuqaliya, Səudiyyə Ərəbistanı, Vyetnam, Venesuela, Yunanıstan, Almaniya, Sinqapur, Serbiya, Efiopiya, Qətər, Qırğızıstan, Cənubi Koreya, Misir, BƏƏ, İsveçrə, Şri Lanka, Özbəkistan, Finlandiya, Yaponiya, Maldiv adalari, Malta, Kuba, Seyşelə beynəlxalq uçuşlar bərpa edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Uçuş  





Xəbər lenti