Paşinyanla görüşlərə xüsusi “azarkeşlər” gətirilir

Paşinyanla görüşlərə xüsusi “azarkeşlər” gətirilir
  10 İyun 2021    Oxunub:720
Nikol Paşinyanın bölgələrə seçkiqabağı səfərləri zamanı onun göstərişi ilə əraziyə xüsusi adamlar gətizdirilir.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

“Əvvəlcədən Nikol Paşinyanla görüşdə iştirak etmək üçün "azarkeşlər" mülki nəqliyyat vasitələrində mitinq yerinə gətirilir. Bundan əlavə, "tanrıları" Paşinyana kimlərin səcdə edəcəyi ilə bağlı xüsusi ssenarilər hazırlayırlar. Hər yerdə piar aparanlar insanları ruhlandırmaq və Paşinyanın bütün ölkələrdə böyük dəstəyə malik olduğunu göstərmək üçün yaradıcı nələrsə fikirləşirlər. Bizə dedilər ki, Paşinyanı bütün səfərləri zamanı demək olar ki, "işə götürdükləri" insanlar müşayət edib.

Məsələn, Aragatsotn bölgəsinin Aragatsavan meri Andranik Papikyan bildirdi ki, rəhbərlik etdiyi icmada Paşinyanın başına gül ləçəkləri səpən qadın onların icmasının sakini deyil. “O, bizim kənddən deyil, bəlkə onlarla gəldi, bəlkə qonşu kəndlərdən gəldi. Paşinyanın başına gül ləçəkləri səpən şəxslər bir-birlərini tanıyırdılar. Onların Paşinyanla uzun müddət söhbətləri oldu", - deyə erməni KİV-lərinin yaydığı məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: NikolPaşinyan  





Xəbər lenti