Arustamyan Bakıya gələ bilməyəcək - YENİLƏNİB

 Arustamyan Bakıya gələ bilməyəcək -  YENİLƏNİB
  10 İyun 2021    Oxunub:1750
Erməni əsilli jurnalist və idman şərhçisi Nobel Arustamyan Azərbaycanda keçiriləcək “AVRO-2020” matçlarına akkreditasiya almayıb. O, futbol oyununu şərh etmək üçün Bakıya gələ bilməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə diplomatik mənbədən məlumat daxil olub.

“Arustamyan Bakıdakı oyunlar üçün akkreditasiya almadı. O, Azərbaycana gedə bilməyəcək", - məlumatda deyilir.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və “Matç” TV-nin baş prodüseri Tina Kandelaki problemin UEFA-nın dəstəyi ilə həllini tapdığını və Arustamyanın sonda akkreditə aldığını elan etmişdilər.

Qeyd edək ki, Nobel Arustamyan ötən illər ərzində işğal altında olmuş Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfərlər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq qurumlarından icazə almayıb. O,aşkar şəkildə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

***
(10:36)
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova futbol şərhçi Nobel Arustamyanın Bakıda keçiriləcək AVRO-2020 matçlarını işıqlandırması üçün qeydiyyata alındığını açıqlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Zaxarova “Facebook” hesabında yazıb.

XİN rəsmisi buna görə UEFA-ya təşəkkür edib.

Qeyd edək ki, Rusiyanın “Matç tv” kanalı şərhçi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. Buna səbəb kimi Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərilirdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MariyaZaxarova  





Xəbər lenti