Paşinyan Rikerlə Qarabağı müzakirə edib

 Paşinyan Rikerlə Qarabağı müzakirə edib
  10 İyun 2021    Oxunub:824
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Filip Rikerlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Tərəflər regional və ikitərəfli gündəliyin bir sıra məsələlərini müzakirə ediblər. Əsas mövzu Qarabağ məsələsi olub. Paşinyan və Riker problemin həllində ATƏT-in Minsk qrupu həmsədrlərinin rolunun vacibliyini və gərginliyi azaltmaq üçün tədbirlər görməyin zəruriliyini qeyd ediblər.

Paşinyana görə, Ermənistan tərəfinin mövqeyi dəyişməz olaraq qalır - problem ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında sülh yolu ilə həll olunmalıdır.

Yüksək rütbəli amerikalı diplomat İrəvandan əvvəl Tbilisi və Bakıda olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan   FilipRiker  





Xəbər lenti