“Sərhədlər SSRİ dövründəki kimi olmalıdır” - Ter-Petrosyan

“Sərhədlər SSRİ dövründəki kimi olmalıdır” -  Ter-Petrosyan
  10 İyun 2021    Oxunub:1663
Ermənistan və Azərbaycan arasında sovet dövründəki sərhədlərin tanınmasına alternativ yoxdur.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, "Erməni Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, söhbət Ermənistanın SSRİ sərhədlərini tanıyıb-tanımamasından getmir. Beynəlxalq ictimaiyyət BMT-nin simasında keçmiş sovet respublikalarının müstəqilliyini tanıyıb.

"Burada heç bir şey dəyişdirilə bilməz. Ermənistanla Azərbaycan arasındakı sərhəd sovet sərhədidir", - Ter-Petrosyan əlavə edib.

O qeyd edib ki, dəqiq razılaşma imzalanana qədər sərhəddə insdentlər baş verəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: LevonTer-Petrosyan   Ermənistan  





Xəbər lenti