Qeyd edək ki, konyak – Fransanın Yeni Akvitaniya bölgəsində xüsusi üzüm sortlarından istehsal olunan brendi növüdür. MDB məkanında isə istənilən brendiyə “konyak” deyilir. Bu da Avropa Birliyini narahat edir. Ona görə, Brüssel MDB ölkələrinin “konyak” və “şampan” sözlərindən imtina edərək, yeni ada, brendə keçməsi üçün pul ayırır.
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri istefa verib |
Ermənistan Milli Şərab Mərkəzinin sədri Avaq Arutyunyan “Sputnik Armeniya”ya bildirib ki, onsuz da “Erməni konyakı” adı ancaq MDB məkanında işlədilirdi, Avropada isə onların konyakını brendi kimi satırlar.
Bəs Azərbaycan necə, “konyak” və “şampan” sözlərindən imtina edəcəkmi? Cavabı buradan oxuyun.
Samir Quliyev
Azvision.az