Dünyada koronavirusla bağlı son vəziyyət

 Dünyada koronavirusla bağlı son vəziyyət
  11 İyun 2021    Oxunub:735
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 175 milyon 622 min 445 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 783 min 720 nəfərdir. İndiyədək 159 milyon 171 min 963 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 275 783 nəfər virusa yoluxub, 614 007 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 29 274 823 nəfərdə virus aşkar edilib. Xəstələrdən 363 097 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 17 215 159 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 482 135 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 729 967 yoluxma, 110 270 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 313 098 nəfər virusa yoluxub ki, onlardan 48 524-ü dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti