Sarkisyanın seçki blokunun nümayəndəsi tutuldu

 Sarkisyanın seçki blokunun nümayəndəsi tutuldu
  11 İyun 2021    Oxunub:762
Ermənistanda "Şərəfim var” seçki blokundan deputatlığa namizəd, Armavirin keçmiş meri Ruben Xlqatyan saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Facebook”da onun vəkilləri Qayane Papoyan və Arsen Sardaryan bildirib.

Onların sözlərinə görə, bu, siyasi təqibdir. Məqsəd seçki ərəfəsində "Şərəfim var" blokunun siyasi fəaliyyətinə müdaxilə etməkdir.

Vəkillər məhkəməyə müraciət edəcəklərini vurğulayıblar.

Xatırladaq ki, blokun təsisçisi sabiq prezident Serj sarkisyanın Respublika partiyası və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Vətən" partiyasının lideri Artur Vanetsiyandır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti