“Türkiyə və Azərbaycanla normal münasibətimiz olacaq”- Ter-Petrosyan

 “Türkiyə və Azərbaycanla normal münasibətimiz olacaq”-   Ter-Petrosyan
  11 İyun 2021    Oxunub:3070
Ermənistanın ilk prezidenti, "Erməni Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan Azərbaycan və Türkiyə ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Azvision.az xəbər verir ki, sabiq prezident hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın erməni xalqı üçün təhlükəli adam olduğunu bildirib.
"Bəli, Nikol Paşinyanı Türkiyə və Azərbaycanın yaratdığı təhdiddən daha böyük bir şər hesab edirəm. Çünki bir gün Türkiyə və Azərbaycanla normal münasibətlərimiz olacaq, ancaq Nikol Paşinyanla normal münasibətlər qurmaq heç vaxt mümkün deyil",- deyə Levon Ter-Petrosyan vurğulayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Prezident   Azərbaycan  





Xəbər lenti