Rusiyada koronavirusdan daha 396 nəfər ölüb

Rusiyada koronavirusdan daha 396 nəfər ölüb
  11 İyun 2021    Oxunub:663
Rusiyada son sutka ərzində koronavirusa 12 505 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 180 454 nəfərə çatıb.

Rusiyada son bir gündə 396 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 125 674 nəfərdir. İndiyədək 4 782 183 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti