Ermənistanda keçmiş naziri döydülər

 Ermənistanda keçmiş naziri döydülər
  11 İyun 2021    Oxunub:910
Ermənistanın sabiq yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan seçki kapmaniyası apararkən döyülüb.

Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, Arşakyanla yanaşı Nikol Paşinyanın partiyasından olan bir neçə şəxs də xəsarət alıb.
"Hadisə "Kanaker SES" ərazisində baş verib. Yaşlı bir kişi onlara yaxınlaşaraq bu ərazidə broşurlar yaymamağı tapşırıb. Arşakyanın rəhbərlik etdiyi partiya üzvləri qocanı bu davranışına görə, təhqir ediblər. Bölgədə yaşayan bir neçə gənc insidentə müdaxilə edərək Paşinyanın təbliğatçılarını döyüblər",- deyə erməni KİV-ləri yazıb.

"Hraparak"ın yaydığı məlumata görə, Arşakyan yüngül bədən xəsarətləri alıb və partiya üzvləri "İzmirliyan" tibb mərkəzinə aparılıb, onlardan birinin ağır sınıqlarının olduğu bildirilir.

Xatırladaq ki, eks-nazir iki ay öncə jurnalistə hücum etməklə gündəm olmuşdu. Paylak Faxradyan adlı jurnalistə fiziki güc tətbiq edən Arşakyan hadisə ilə əlaqədar istefa verməyə məcbur qalmışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Nazir  





Xəbər lenti