Rusiya Krımda hərbi təlimlər keçirir

Rusiya Krımda hərbi təlimlər keçirir
  11 İyun 2021    Oxunub:924
Rusiyanın Qara Dəniz Donanmasının aviasiyası zenit raket alayı ilə birlikdə Krımda hərbi təlimlərə başlayıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təlimlər ABŞ eskadriya gəmisinin Qara dəniz akvatoriyasına gözlənilən girişi fonunda baş tutub.

ABŞ-ın 6-cı donanmasının əvvəlcədən xəbər verdiyi kimi, “Arli Berk” tipli və “Labun” gəmisinin dənizdə təhlükəsizliyi təmin etmək məqsədilə əməliyyatlar aparmaq üçün Aralıq dənizindən Qara dənizə keçidinə başlanılıb. Bu sinif gəmilər qanadlı raketlər ilə yanaşı, raket əleyhinə SM-3 kompleksi ilə silahlanıb.

Döyüş hazırlığı planına uyğun olaraq, Qara Dəniz Donanmasının ordu korpusundan olan bir zenit raket alayının bölmələri intensiv aviasiya uçuşları sahəsində ortaq tapşırıqları hazırlamağa başlayıb. Döyüş aviasiya və Qara Dəniz Donanmasının hava hücumundan müdafiə təyyarələrinin yerləşdiyi aerodromlarda döyüş təlimi tədbirləri keçirilir.

Təlimlərdə Su-24, Su-24MP, Su-30 SM qırıcıları, Be-12, AH-26 helikopterləri iştirak edir. Ümumilikdə manevrlərə təxminən 15 vahid aviasiya texnikası və 50 xüsusi texnika cəlb edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Krım   Təlim  





Xəbər lenti