ATƏT PA-nın Büro iclasında şəhid jurnalistlər barədə məlumat verilib
Büro üzvləri iclasların keçirilmə qaydası ilə bağlı Baş katibin səsləndirdiyi təklifə müsbət yanaşdıqlarını bildirərək illik sessiyanın formatını təsdiq ediblər.
ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev görüşün gündəliyindəki məsələlərə münasibət bildirib, müzakirə edilən sənədlərə təklif və tövsiyələrini səsləndirib. Azay Quliyev çıxışında 04 iyun tarixində 2 nəfəri jurnalist olmaqla 3 nəfərin minaya düşərək həlak olmasını toplantı iştirakçılarının diqqətinə çatdırıb. Bu günə qədər 140 azərbaycanlının minalardan ciddi xəsarət aldığını, 27 nəfərin isə həlak olduğunu bildirib. O, Ermənistan tərəfindən minalanmış sahələrin xəritəsinin verilməməsinin beynəlxalq hüququn və 1949-cu il Cenevrə Konvensiyasının ciddi pozuntusu olduğunu vurğulayıb.
İclasda həmçinin ATƏT PA rəsmilərinin onlayn seçkisinin keçirilməsi ilə bağlı məsələlər, eləcə də illik sessiyada komitələr tərəfindən təqdim ediləcək hesabatların ilkin layihəsi müzakirə edilib.
Azvision.az