İrəvandan Krıma uçuşlara başlanılır

İrəvandan Krıma uçuşlara başlanılır
  11 İyun 2021    Oxunub:765
İyunun 15-dən etibarən “Nordwind” hava yolları Simferopoldan İrəvana tranzit uçuşlar həyata keçirməyə başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Krımın aviadaşıyıcısının mətbuat xidməti məlumat yayıb.

Uçuşlar həftənin bir günü, 26 oktyabr tarixinə qədər çərşənbə axşamı günləri “Embraer E190” təyyarələrində həyata keçiriləcək.

Xatırladaq ki, Krım beynəlxalq aləmdə Ukraynanın ərazisi olaraq tanınıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Krım   İrevan  





Xəbər lenti