Ərdoğan NATO-da mina məsələsini gündəmə gətirəcək

 Ərdoğan NATO-da mina məsələsini gündəmə gətirəcək
  11 İyun 2021    Oxunub:683
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı məsələni gündəmə gətirəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, NATO sammiti çərçivəsində ikitərəfli görüşlərdə mina mövzusunu gündəmə gətirəcək: "Bu mövzu ilə maraqlananlara deyəcəyik ki, əvvəlcə bu məsələni həll edək".

Bundan əlavə, Ərdoğan fransalı həmkarı Emmanuel Makronla da görüşəcəyini diqqətə çatdırıb: “Onunla da görüşəcəyik. Türkiyə-Fransa münasibətlərinin müsbət və mənfi tərəflərini müzakirə etmək fürsətimiz olacaq”.

Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə   NATO  





Xəbər lenti